Özbəkistan prezidentindən İlham Əliyevə başsağlığı

Özbəkistan prezidenti Şavkat Mirziyoyev martın 2-də Respublika Narkoloji Mərkəzində çoxsaylı insanın ölümünə səbəb olan faciə ilə əlaqədar Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, Özbəkistan lideri məktubunda yanğın nəticəsində ölənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.