Özbəkistan xalq artisti “Barış Pınarı”na dəstək verdi – FOTO

Özbəkistanlı məşhur sənətçi Yulduz Turdieva Türk ordusunun Suriyanın şimalında keçirdiyi “Barış Pınarı” əməliyyatına dəstək verib.

Heydər Əliyev Sarayında təşkil edilən “Özbəkistandan sevgilərlə” adlı konsert programında Özbəkistan, Türkiyə və Azərbaycan qardaşlığına dair müsbət mesajlar verib. Özbəkistanın xalq artisti Yulduz Turdieva konsert proqramında Türk sənətçi Pınar Eliçe ilə duet oxuyub. Duet zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan ilə Özbəkistanda “Beraber yürüdük biz bu yollarda” mahnısını oxuduğu xatırladılaraq səhnədə təkrar birlikdə oxunub.

Konsertin ardından Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan ilə görüşən Turdieva Türkiyənin terrorla mübarizəsinə dəstək verdiyini bildirib. Altınalanın “Bu dəstəyi əsgər salamı verərək göstərməyiniz mümkündürmü?” xahişi Özbəkistanlı sənətçi Turdieva ve orkestra üzvləri tərəfindən alqışlarla qarşılanıb. Sənətçi Turdieva və orkestra üzvləri Türk əsgərinə və Türkiyənin cənubunda yaradılmağa çalışılan terror dəhlizini yox etmək məqsədilə keçirilən “Barış Pınarı” əməliyyatına dəstəklərini ifadə etmək üçün əsgər salamı verib.

COP29