Özbəkistan XİN: “Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən son dərəcə narahatıq”

Özbəkistan Xarici İşlər Nazirliyi 12 iyuldan etibarən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər haqqında bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, bəyanatda deyilir:

“Özbəkistan Respublikası insan itkisi ilə nəticələnən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən son dərəcə narahatdır.

Bölgədə vəziyyətin daha da gərginləşməsi mülki şəxslərin itkisinə səbəb ola bilər, MDB məkanında mühüm iqtisadi əlaqələri və rabitə əlaqələrini məhv edə və regional təhlükəsizliyə zərər verə bilər.

Özbəkistan maksimum təmkinli olmağın tərəfdarıdır və tərəfləri vəziyyətin normallaşdırılması üçün siyasi-diplomatik müzakirələrin bərpa edilməsinə çağırır.

Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”.