!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özbəkistanda 27 Sentyabr - Anım Günü münasibətilə tədbir oldu - FOTOLAR

!Reklam – Yazi

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 27 Sentyabr – Anım Günü münasibətilə Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində anım mərasimi keçirib.

Əvvəl Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və Mədəniyyət Mərkəzinin əməkdaşları mərkəzdəki Şəhidlər bağına çiçək dəstələri qoyublar. Sonra Ulu öndər Heydər Əliyevin bu binanın qarşısındakı abidəsi önünə əklil və gül dəstələri düzülüb.

Hüseyn Quliyev bildirib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini qürur və ehtiramla yad edirik. And yerimiz olan, şəhid zirvəsinə qalxan qəhrəman oğullarımız Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Şərqi Zəngəzurun və Qarabağın, o cümlədən qədim Şuşanın işğaldan azad olunmasında qəhrəmanlıq və şücaət göstərdi, adını Vətənimizin qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazdı, 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı, torpaqlarımız erməni işğalçılarından azad edildi, xalqımız rahat nəfəs aldı. Bununla da BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi dörd qətnaməni bu qurum yox, Azərbaycan əsgəri yerinə yetirdi.

Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatının rəhbəri, polkovnik Samir Əfəndiyev 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan əsgər və zabitlərinin şücaətindən danışıb. O deyib ki, 27 sentyabr Zəfər yolunun başlanğıcı kimi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Vətən uğrunda canlarını fəda edənlər şəhidlik zirvəsinə qalxmaqla gələcək nəsillərə örnək oldular və bununla da sübut etdilər ki, Vətəni qorumaq həm də şəhidlikdən keçir.

COP29

www.yenicag.az

121
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv