Özbəkistanda yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinindən məlumat verilib.
Məlumata görə, koronavirus Fransadan qayıtmış vətəndaşda aşkarlanıb. Virusa yoluxan şəxslə təmasda olanlar, onunla birlikdə Fransadan Özbəkistana gəlmiş sərnişinlər müəyyən edilərək karantinə alınacaqları bildirilib.