Özbəkistanda koronavirusa yoluxanların sayı son bir gündə 573 nəfər artaraq 20 226-ya çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Hazırda Özbəkistanda 10 831 nəfər müalicə olunaraq sağalıb, 112 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 283 nəfərdir, 133 pasiyentin vəziyyəti ağırdır.