Özbəkistanda kimya zavodunda partlayış baş verib – YENİLƏNİB

Özbəkistanın Ferqana şəhərində “Ferqanaazot” kimyəvi zavodunda baş vermiş partlayışdan sonra baş verən yanğın nəticəsində 14 nəfər xəsarət alıb.

Bu barədə Yeniçağ.Az Özbəkistanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Məlumata görə, hadisənin başvermə səbəblərinin araşdırılması üzrə araşdırma aparılır və insident nəticəsində həlak olan olmayıb.

***

22:30

Özbəkistanda kimya zavodunda partlayış baş verib.

Yeniçağ.Az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ölkənin şərqində, Fərqanə vilayətindəki azot gübrələri istehsal edən “Ferqanaazot” Səhmdar Cəmiyyətinin ammiak sexində (15:30 baki vaxtı ilə) baş verib. Hadisə nəticəsində bir neçə nəfər ölüb. Nazirlik hələlik ölənlərin sayını açıqlamayıb.

Hadisənin başvermə səbəblərini müəyyənləşdirmək və zərərçəkənlərin ailələrinə yardım məqsədilə hökumət komissiyası yaradılıb.

Yeniçağ.Az