!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özbəkistandakı diaspor sədrimiz döyüldü – Təfərrüat

!Reklam – Yazi

dsdsdsdedededeAzərbaycan Diasporunun Özbəkistandakı sədri Mobil Məmmədov öz həmyerliləri tərəfindən döyülüb.
Yenicag.az AzNews.az-a istinadən xəbər verir ki, o, aldığı xəsarətlərə görə, 16 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Məlumata görə, Mobil Məmmədovun döyülməsi onun biznes əlaqələri ilə bağlı olub: şəriklik etdiyi adamların pulunu mənimsədiyindən cəzalandırılıb. Bildirilir ki, o, diaspor sədrliyi postundan istifadə edərək, bir çox azərbaycanlıların qazanc yerinə “əl qoyub”. Bu yaxınlarda hətta Azərbaycanlıların sıx yaşadığı məhəllədəki mərasim binasını (adətən yerli azərbaycanlılar öz ölülərini burada yuyurmuşlar) ələ keçirib.

Araşdırma zamanı məlum olur ki, Azərbaycan diasporunun sədri Mobil Məmmədov dəfələrlə dələduzluq maddəsi ilə mühakimə edilib və iqtisadi cinayətlərdə adı hallanıb. Onun adı həm də bu ilin yay ayında Daşkənddəki səfirimizin müşaviri Nəsimi Ağababayevlə əlbir olaraq, Azərbaycanın Özbəkistandakı səfirinə qarşı təxribat etməkdə də hallanıb. Məlumat üçün bildirək ki, Nəsimi Ağababayev həmin əməllərinə görə Xarici İşlər Nazirliyi sistemindən uzaqlaşdırılıb. Mobil Məmmədovla Nəsimi Ağababayevin ortaq biznesləri də olub. Onlar Azərbaycandan qızıl, mandarin ağacları , şokolad gətizdirərək, Daşkənddə iş birliyi də qurublar.

Mobil Məmmədovun döyülməsi də Azərbaycandan gətirilən bu malların təhvil verilməsi zamanı baş verib. O, mallarını təhvil verdiyi azərbaycanlılarla pul haqq-hesabını düz aparmadığına görə, diasporunun üzvləri və “keçmiş dostları” tərəfindən möhkəm döyülüb. /Aznews.az

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv