Bu gün Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Özbəkistandır. Orta Asiyanın bu dövləti ilə Azərbaycan arasında mədəniyyət və ticarət əlaqələrinin kökü qədim dövrlərə təsaduf edir. Tarixən Orta Asiyanın bu respublikasına azərbaycanlıların bir hissəsi könüllü mühacirət etmiş, bir qismi isə zorla köçürülmüşdür.
Bu gün Özbəkistanda bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onlar da müntəzəm olaraq Azərbaycanın təbliği, zəngin tarixi-mədəni irsimizin özbək cəmiyyəinə çatdırlması istiqamətində müxtəlif layihələr, tədbirlər həyata keçirirlər.
Bugünlərdə bir neçə ölkə mediasında “Özbəkistandakı diaspor sədrimiz döyüldü” başlığı ilə yazı dərc edilmişdi. Yazıda qeyd olunurdu ki, Azərbaycan Diasporunun Özbəkistandakı sədri Mobil Məmmədov öz həmyerliləri tərəfindən döyülüb.
Biz də öz növbəmizdə yazı ilə bağlı geniş araşdırma hazırladıq. Araşdırma zamanı biz həm Özbəkistandakı diasporumuzun, eyni zamanda Mobil Məmmədovun bu proseslərdəki rolunu nəzərə aldıq. İlk öncə Azərbaycanın Özbəkistandakı diaspor sədri Mobil Məmmədovun mövqeyini öyrəndik. Onun sözlərinə görə, bu xəbərlər tamamilə əsassızdır və onun fəaliyyətini, birbaşa diaspor təşkilatını düşünülmüş şəkildə qaralamaq məqsədi daşıyır. “Həmin xəbərlərdə yayımlanan şəkillər 2014-cü ilin 29 mart tarixində keçirilən hesabat – seçki konfransındakı idarə heyətinin iclasındandır. Xəbərlərdə eyni zamanda azərbaycanlıların yuyat (ölü yuyulan yer) olaraq istifadə etdiyi yerin tərəfimdən “ələ keçirildiyi” yönündə çox gülünc iddia dərc olunub”.
Diaspor sədri deyib ki, həmin otaq uzun illər təmir olunmadığı üçün yararsız hala və qəza vəziyyətinə düşdüyü üçün 2014-cü ildə diaspor üzvləri həmin otağın yenidən qurulması xahişi ilə şəhər hakimiyətinə müraciət edib. Bundan sonra rəsmi icazə verilib. Onun sözlərinə görə, bəhs olunan otaq sökülüb, yenidən inşa edilir və bu prosses tezliklə yekunlaşacaq.
Xaricdə yaşayan və ölkəmizin təbliğində xidmətləri olan diaspor rəhbərlərinə qarşı aparılan qarayaxma kampaniyasında media həssas olmalıdır. Azadbaycanda media, söz və internet azadlığı ən yüksək səviyyədədir. Media daxil olan istənilən məlumatı təhlil edərək dərc edir. Bu mənada biz də öz növbəmizdə Özbəkistan diaspor sədri Mobil Məmədova qarşı başlanılan qarayaxma kampaniyasına aydınlıq gətirdik. Özbəkistanda əlli minə yaxın Azərbaycanlı yaşayayır, və bunların əlaqələndirilməsi Azərbaycanın Özbəkistandakı diasporası həyata keçirir və diasporanın sədri Mobil Məmmədovun rəhbərliyi altında həyata keçirilən lahiyələr və tədbirlər dövlətimizin artan nüfüzuna müsbət çalarlar gətirir.