“Türk dövlətləri içərisində hansı türk boyu separatçı, bölücü iş göstərirsə, onlar müsəlman və türk həmrəyliyinə zərbə vurur”.
Bunu Özbəkistanda baş verən hadisələri şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynli bildirib ki, baş verənlərin arxasında Rusiya izi görünür:
“Heç şübhə etmirəm ki, baş verənlərin arxasında Rusiyanın barmağı var. Özbəkistanda xalqın maddi rifahının artırılması təmin olunan, qayda-qanunun bərqərar edildiyi sabit bir ölkə idi. Onun başında duran şəxs ölkəsinin, xalqının xoş gələcəyi üçün çalışır. Özüm də o boydanam. Qaraqalpaqlar dünyanın hər yerinə səpələniblər. Onların Özbəkistanda bu cür addım atması adama çox pis təsir edir. O işin başında duran qaraqalpaqlara üz tutub deyirəm ki, mən də qaraqalpaqam, ancaq sizin əməllərini bölüşmürəm. Qərbi Azərbaycanın yarıdan çoxu, Gürcüstandakı türklərin, demək olar, hamısı qaraqalpaqdır. Onların ümumi sayı 1 milyondan çoxdur. 1 milyon yarım qaraqalpaq da Özbəkistanda yaşayır. Onlar eyni kökdən gəlir.
Türk dövlətləri içərisində hansı türk boyu separatçı, bölücü iş göstərirsə, onlar müsəlman və türk həmrəyliyinə zərbə vurur”.
Səxavət Məmməd