Özbəkistanın Xalq artisti adını alan Gülyanaq: “Bu xəbəri eşidəndə…”

“Səhər saatlarında Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mənə zəng edib bu şad xəbəri verdi. Bir sənət adamı olaraq çox sevindim, həm də Azərbaycan adına qürurlandım”.

Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müvafiq sərəncamı ilə “Özbəkistan Respublikasının Xalq artisti” adına layiq görülən Xalq artisti Gülyanaq Məmmədova Yenicag.az-a açıqlamasında deyib.

G.Məmmədova təəssüratlarını bölüşüb:

“İlk dəfə Özbəkistanı Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun dəvəti ilə getmişəm və orada gözəl konsert proqramları ilə çıxışlarım olub. Yenə də davam edir. May ayında da qardaş ölkədə gözəl konsert proqramları ilə Azərbaycan musiqisini təmsil etdim. Məni bu fəxri ada layiq gördüklərin görə Özbəkistan Prezidentinə dərin minnətdarlığımı bildirərəm. Eyni zamanda, Samir Abbasova da təşəkkür borcum var”.

Cəvahir