Özbəkistanın xarici işlər naziri Heydər Əliyevin xatirəsini andı

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Heydər Əliyevin anadan olmasının 100-illiyi ilə bağlı Daşkənddə ümummilli liderin barelyefini ziyarət edərək əkil qoyub.

Yenicag.az xəbər verir ki, o, bu barədə “Twitter“ hesabında paylaşım edib.

“2022-ci ildə Daşkənddə Azərbaycan Xalqının Ümummilli Liderinin barelyefi, onun adına küçə və meydan açılıb. Biz Özbəkistan – Azərbaycan əlaqələri ilə qürur duyuruq və münasibətlərimizin bütün ölçülərdə zənginləşməsinə sadiqik”, o qeyd edib.