Özbəkistanlı diplomat “Yeni Çağ”ın qonağı oldu – FOTOLAR

Özbəkistanın Azərbaycandakı səfirliyinin 1-ci katibi Bəhram Qayıpov “Yeni Çağ” Media Qrupunu ziyarət edib.

“Yeni Çağ” Media Qrupunun Baş direktoru Aqil Ələsgər və redaksiya heyəti ilə görüşən Bəhram Qayıpov Azərbaycanda olmaqdan məmnunluğunu bildirib.

Görüş zamanı Azərbaycan-Özbəkistan münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb, iki ölkənin Türk dünyasındakı əhəmiyyəti vurğulanıb.

Görüşün sonunda xatirə fotosu çəkdirilib.