Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Özəl ali məktəblərin özəl dərdi: plan dolmur

Son zamanlar bəzi özəl ali məktəbləri tərəfindən təhsil haqlarının aşağı salınması hallarını müşahidə edirik. Bu prosesə qoşulanlar arasında Qərb Universiteti, Odlar Yurdu Universiteti kimi özəl təhsil ocaqları daha fəaldırlar. Adları çəkilən həmin universitetlərdə təhsil haqları yarıbayarı azaldılıb. Görəsən, hansı amil özəl ali məktəbləri təhsil haqlarını aşağı salmaq yolunu tutmağa vadar edib?

Azad Müəllimlər İctimai Birliyinin sədri Məlahət Mürşüdlü Yenicag.az-a açıqlamasında bildirdi ki, devalvasiyadan sonra valideynlərin maddi vəziyyətinin daha da pisləşməsi özəl ali məktəbləri ödəniş haqlarını aşağı salmağa məcbur edib:

“Keçən il üçün bəzi özəl ali məktəblərdə tələbə qəbulu üzrə plan tamamilə dolmadı. 40 faizə qədər abituriyent tələbə adına layiq görülsə də, təhsili davam etdirmədilər. Məlumatlar var ki, I kursa qəbul olunub, sonra oranı tərk edənlər var. Hətta III kursdan belə universiteti buraxanlar olub. Bu da təbii ki, ilk növbədə maddi çətinliklərlə bağlıdır. Bir çox valideynlər ağır iqtisadi durumla əlaqədar yüksək təhsil haqqını ödəyə bilmirlər. Ona görə də özəl ali məktəblər qəbul olunanların sayında azalmanın baş verməməsi üçün belə addım atmalı olurlar. Onu da qeyd edim ki, özəl ali məktəblərin ödəniş haqqını aşağı salması qəbul planlarının dolmasına heç də əngəl olmayacaq. Əksinə, keçən il təhsil haqqının yüksək olması fonunda bir çox özəl ali məktəblər üzrə qəbul planı dolmadı. Təhsil haqqının aşağı salınması fonunda isə plan tam dolmasa da, qəbul prosesi universitetləri qəne edəcək səviyyədə olacaq. Çünki bu dəfə təhsil haqqını ödəyə bilməyib universiteti yarımçıq dayandıranların sayı xeyli dərəcədə azalacaq”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

355