Özəl bankların xarici borc öhdəliyi: “Bu problem yanvarın əvvəlində özünü göstərəcək”

“Problemin kökündə Mərkəzi Bankın doğru-dürüst pul-kredit siyasəti aparmaması dayanır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yarım illik “sükutdan” sonra özəl bankların xarici öhdəliklərinin artım səbəbllərini şərh edən sabiq millət vəkili Nazim Bəydəmirli deyib.

Nazim Bəydəmirlinin sözlərinə görə, özəl bankların xarici borc öhdəliklərinin mənfi nəticələri olacaq:

“Mərkəzi Bank özəl bankların xarici öhtəliklərinin artmasını açıqlamaqdan əlavə izahat versin ki, özəl banklar niyə xarici borclanmaya gedirlər? Nəyə görə Mərkəzi Bankın rezervindən, Neft Fondunun xaricdə illik 1%-dən aşağı veridiyi vəsaitlərdən kredit vermirlər ki, banklar və vətəndaşlar yararlansınlar. Bu səbəblər aradan qaldırılmalıdır.

Bu bir siqnaldır ki, ölkədə pulun bahalığı var və o da vətəndaşların həyat şəraitinə mənfi təsir göstərir. Vətəndaşlar və şirkətlər istər-istəməz istehlak, biznes kreditləri götürürlər. Faizlər bahalı olduğuna görə, vətəndaşlar bahalı xidmətdən yararlanmaq məcburiyyətində qalırlar. Ona görə də, ölkədə bu cür bahalıqdır.

İstər dövlət borcları olsun, istərsə də özəl şirkətlərin borcları – obnlar artanda, problemlər yaranır. O cümlədən, özəl babkların xarici borcları artırsa, deməli, onlar borcları ödəmək üçün xarici valyuta almalı olacaqlar. Bu isə dolların bahalaşmasına yol açır.

Problemin kökündə Mərkəzi Bankın doğru-dürüst pul-kredit siyasəti aparmaması dayanır. Varlı ölkə kimi 50 milyard məğbləğində ehtiyatımız var. Onu aşağı faizlə xaricdə saxlayırıq. Ancaq ölkənin daxilində vətəndaşlar, şirkətlər aşağı faizlə kredit ala bilmirilər.

Nəticədə vətəndaşlar kreditləri qaytara bilmir, problemli kreditlərin həcmi artır və bu da özəl bankların fəaliyyətinə mənfi təsir edir. Borcu bağlamaq üçün digər yerdən borc almaq məcburiyyəti yaranır”.

Özəl bankların xarici öhtəliklərinin artmasının neqativ nəticələrinin nə zaman hiss olunacağına gəldikdə isə Nazim Bəydəmirli bunları deyib:

“Əslində, özəl bankların borcu təqvimin yekununda bağlanır. Dekabrın sonlarında vətəndaşların bəziləri xaircə istirahətə gedir.

Bu zaman dollara təlabat yeindən artır. Bu problem zəncirvari xarakter daşıyır və problem gələn il yanvarın əvvəllərində özünü göstərə bilər. Banklar kommersiya strukturu olduğuna görə borclarını çox da qabartmırlar.

Bəzən onlar audit yoxlamalarından belə bunu gizlədirlər. Vətəndaşlar məlumat alsalar ki, bankın vəziyyəti yaxşı deyil, onda qoyduqları əmanətləri geri çəkə bilərlər. Bu da əlavə bir problem yaradar”.

Səxavət Məmməd

COP29