Özəl sektorda ANTİREKORD: Bağlanan şirkətlərin sayı kəskin artıb

Türkiyədə bu ilin iyun ayında yeni yaradılan və bağlanan şirkətlərin statistikası açıqlanıb.

Yenicag.az Odatv.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Ticarət və Sənayə Palatası (TOBB) açıqlayıb.

Məlumata əsasən, ötən ay Türkiyədə 1 226 şirkət öz fəaliyyətinə son verib. Bu, may ayı (556 şirkət) ilə müqayisədə 120,5 faizlik artım deməkdir. Ümumilikdə isə bu ilin ilk 6 ayında 5 min 597 şirkətin fəaliyyəti dayandırılıb.

Eyni zamanda, iyun ayında yeni qurulan şirkətlərin sayı 9 min 560 olub. Bu göstərici ötən ilin göstəricisi ilə müqayisədə 0,4 faiz azdır.