Bu ilin birinci yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmədən dövlət büdcəsinə 75 milyon manat vəsaitin ödənilməsini təmin edib.
Bu barədə Yenicag.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.
Dövr ərzində 29 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 412 nəqliyyat vasitəsi satılıb. Bu ilin ilk 6 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 305 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 38 onlayn qoşulma reallaşıb.
Altı ayda investisiya müsabiqəsi vasitəsilə “Bakı Alüminium Profil” MMC özəlləşdirilib. Bununla yanaşı, “Bakı Mərmər Qranit” MMC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib. Hazırda Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi aparılır.