İspaniya millisinin kapitanı Serxio Ramos yığmada baş verən son dəyişikliklə bağlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, ulduz futbolçu baş məşqçi dəyişikliyinə fərqli münasibət bildirib:
“Özümü dünya çempionatında yox, cənazə mərasimində hiss edirəm. Artıq səhifəni dəyişməliyik. Bu söz-söhbətlər mənə də xoş deyil. Xulen Lopeteqi bizim üçün önəmli məşqçi idi, amma əsas İspaniyadır, gerbimizdir. İndiki vaxtda Yerrodan yaxşı variant olmazdı”.
Qeyd edək ki, İspaniya millisi dünya çempionatı çərçivəsində bu gün Portuqaliya ilə üz-üzə gələcək.