!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Özündə sadizm əlamətlərini birləşdirən şantaj..." - Psixoloqdan AÇIQLAMA

!Reklam – Yazi

Son dövrlərdə qəribə bir tendensiya yaranıb. Kiçik bir münaqişə hədə-qorxuya, şantaja qədər aparıb çıxarır. Bəs belə olan halda necə davranmalı?

Yenicag.az xəbər verir ki, klinik-psixoloq Aidə Sübhanın sözlərinə görə, belə adamlara vaxtında reaksiya göstərmək lazımdır: Qorxu və təşviş bu cür insanlar üçün “münbit şərait” deməkdir. “Münasibət quran əks-cinslər çox hallarda bir-birini cəzalandırmaq üçün şantajdan istifadə edirlər. Bu da şantaj edən tərəfin psixoloji baxımdan zəifliyindən, hətta deyərdim ki, əqli geriliyindən xəbər verir. Çünki həmin adamın özündə güvənsizlik sindromu olur və o da qarşı tərəfi özündən asılı vəziyyətə salmaq üçün məhz bu yola əl atır. Şantaj qarşı tərəfi də qapanmaya məcbur edir. Bu da cəmiyyətin sosiallaşma sferasına mənfi təsir edir. Əslində, depressiya və özünəqapanmaların bir çoxunun kökündə məhz elə bu cür amillər durur. Şantaj müxtəlif formalarda ola bilər. Hətta “sən mənim dediyimi qəbul etməsən, özümə qəsd edəcəm” kimi cümlələr belə şantajın ən qorxulu növü sayılır.

Bəzən sosial şəbəkələrdə kiminsə xoş gününü, xoş güzəranını qəbul etməyən, bunu həzm etməyi bacarmayan şəxslərin olduğunu görürük. Bu cür insanlarda çox ciddi aqressiyalar olur. Belə adamlar nervoloji problemlərdən əziyyət çəkirlər.  Özlərinə qarşı soyuq münasibət hiss etdikdə, cəmiyyəti cəzalandırma planları qururlar. Bu cür adamlara təhqiramiz ifadələr, cinsi zorakılıq, fiziki zorakılıq, hətta terrorizm kimi davranışlar belə xasdır. Özündə psixoloji problemləri və sadizm əlamətlərini birləşdirən şantaj daha qorxuludur. İnsanları qorxu və gərginlik altında saxlamağın özü ən böyük cinayətdir. Düşünürəm ki, şantaja əl atan insana təkcə hüquqi baxımdan deyil, həm də tibbi baxımdan yanaşılmalıdır. Bu cür insanlara qarşı ciddi mübarizə aparmaq lazımdır”, – deyə psixoloq qeyd edib.

www.yenicag.az

753
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv