!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Özünə İslam dövləti deyən İran gerçəkdə xristian blokunun oxunda fırlanan ölkə kimi davranır” - Partiya başqanı

!Reklam – Yazi

“Azərbaycanda İranın təsiri altında olan din xadimləri, nazirlər, deputatlar, partiya sədrləri, icra başçıları, jurnalistlər var”.

Bu fikirləri İrandan Azərbayana ünvanlanan təhdidedici bəyanatlar fonunda bir sıra ekspert və siyasətçilərin Tehranla münasibətlərin kəskinləşməsindən yayınmağa yönəlik fikirlər səsləndirməsinə münasibət bildirən Turan Partiyasının başqanı Cahandar Bayoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti istər xarricdən, istərsə də daxildən baş qaldıracaq bütün təhdidləri dəf etmək gücündədir:

“Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə sayəsində özünün İranla sərhədlərinə nəzarəti tamamilə bərpa etməsi fars rejimini xeyli aqressivləşdirib. Heç kimə sirr deyil ki, Sovetlərin dağıldığı son otuz ildə Ermənistanın ayaqda qalmasında İrandan göndərilən yardımların müstəsna rolu olub. O yardımlar bu gün də davam etdirilir və İrandan Ermənistana bir çox məhsullarla yanaşı, narkotikin daşındığı haqda da məlumatlar var.

Yəni göründüyü kimi, özünə İslam dövləti deyən İran gerçəkdə xristian blokunun oxunda fırlanan ölkə kimi müsəlmanlara qarşı geniş fəaliyyət göstərməkdədir. Lakin fars rejimi də Azərbaycanın Türkiyə və Pakistanla bütün sahələrdə, o cümlədən, hərbi sahədə əməkdaşlığının dərinləşməsi fonunda öz iflasını görür. Bunun təsiri altında da sərhədlərimizdə SEPAH və İslam İnqilabı Keşikçiləri Korpusunun təlimlərini təşkil edir.

Çox təəssüf ki, Azərbaycanda İranın təsiri altında olan din xadimləri, həmçinin onların təsiri altında olan nazirlər, deputatlar, partiya sədrləri, icra başçıları, jurnalistlər var. İran rejimi Azərbaycanda qarışıqlıq salmaq planlarında hər zaman onlara arxayın olur. Ona görə də, Tehrandan verilən təhdid mesajları fonunda o deputatların, siyasətçilərin susmaları İranın maraqlarına uyğundur.

Amma Azərbaycan dövləti xarici təhdidlər qarşısında öz milli maraqlarını qoruyacaq gücdədir. Ölkə prezidenti özünün qətiyyətli davranışı və dik duruşu ilə o təhdidləri heçə çıxaracaq. Şübhə yoxdur ki, prezidentin mövqeyi və milli qüvvələrin səyi ilə o qüvvələrin cavabı veriləcək, İrana-Rusiyaya bağlı olan çetelər sıfırlanacaq”.

A.Zeynalov

www.yenicag.az

1069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv