Özünə qadağa qoyan Mehriban Xanlarova SÖZÜNÜ TUTDU

Əməkdar artist Mehriban Xanlarova uzun müddətdən sonra efirə qayıdıb.

Yenicag.az xəbər verir ki, şəhidlərə görə yas saxlayan və 40 gün efirlərə çıxmayacağını elan edən aktrisa sözünü tutub.

Sənətçi ilk dəfə olaraq ATV kanalında yayımlanan “7 canlı” verilişində iştirak edib.

Qeyd edək ki, aktrisa sentyabrın12-də Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhadətə yüksələn şəhidlərimizə yas saxladığını elan etmişdi. Şəhidlərin 40 mərasimi çıxmayana qədər şadyanalıq etməyəcəyini, toy mərasimlərinə qatılmayacağını vəd edən sənətçi efirlərə də çıxmayacığını bildirmişdi.

Xatırladaq ki, sənətçi 2020-ci ildə də Vətən Müharibəsində şəhadətə yüksələn şəhidlərin ruhuna sayğı əlaməti olaraq bir il ərzində efirlərə çıxmayacağını vəd etmiş və sözünü tutmuşdu.

Cəvahir