“Fransızların 67%-i Makronun ölkənin problemlərini həll edə bilməyəcəyinə inanır”.
Yenicag.az xəbər verir ki, bunu Verian-EPOKA-nın Figaro nəşri üçün keçirdiyi sorğunun nəticələri göstərib.
Nəticələrə görə, ölkə prezidenti Emmanuel Makronun hərəkətləri fransızların 67%-i, o cümlədən prezident fraksiyasının əsas potensial müttəfiqləri olan Respublikaçılar tərəfindən bəyənilmir.
“Yenidən prezident seçildikdən 18 ay sonra Makron hələ də fransızların etimadını qazana bilməyib. 67% onun vətəndaşları narahat edən problemləri həll edə biləcəyinə inanmır”, – nəşr yazıb.
Mətbuata görə, Makron prezident ətrafını genişləndirmək baxımından “heç kimə arxalana bilməz”. Makron düşərgəsinin güvəndiyi əsas siyasi qüvvə – Respublikaçılar prezidentin hərəkətlərini qətiyyən dəstəkləmir. Onların 66%-i ona güvənmədiyini bildirib.
Xuraman Etibarlı