Türkiyənin Konya şəhərində intihar məqsədi ilə özünü “Kule Site” plazanın 42-ci mərtəbəsindən yerə atan azərbaycanlı gənc 37 gün sonra ölüb.
Yenicag.az xəbər verir ki, Tehran Alimov adlı 23 yaşlı gəncin nəşi ailəsinə təhvil verilib.
Onun hansı məqsədlə intihara əl atdığı bəlli deyil.
Qeyd edək ki, Tehran sözügedən plazanın ən yuxarı mərtəbəsində yerləşən restorandan özünü yerə atarkən yaxınlıqdakı alış-veriş mərkəzinin damına düşüb.