Özünü 5-ci mərtəbədən atmaq istəyən şəxs fikrindən daşındırıldı

Gəncə şəhərində 1 nəfər çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a verilən məlumata görə, FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

COP29