“Nəsimi” metrostansiyasının yaxınlığında yerləşən zeytunluq adlanan ərazidə intihar hadisəsi baş verib.
Yenicag qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 9-da olub. Binəqədi rayonunun H.Babaşov küçəsindəki zeytun bağında 50-55 yaşlı kişi özünü ağacdan asıb.
Araşdırmalar aparılır.