“Özünü Dəli Pyotra bənzətməsi Putinin psixi pozuntularının göstəricisidir” – REAKSİYA

“Amma özünü Pyotrla müqayisə etsə də, Putin başladığı ilk böyük müharibədə uduza-uduza gedir”.

Bu fikirləri Rusiya Prezidneti Vladimir Putinin son həftə ərzində özünü bir neçə dəfə Birinci Pyotra bənzətməsinə münasibət bildirən Aydınlar Partiyasınnın sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya Prezidentinin bu davranışı özünü böyük və qüdrətli göstərmək maniyasından qaynaqlanır:

“Bəli, Putinin son günlərdəki o davranışı dünyada müəyyən müzakirələrə səbəb oldu. Lakin Rusiya Prezidentinin özünü Dəli Pyotra – onun ləqəblərindən biri də budur – bənzətməsi Putinin psixi pozuntularının göstəricisidir. Buna başqa şərh vermək mümkün deyil.

Bildiyiniz kimi, Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiyanın üzləşdiyi uğursuzluqlar Kremldəkilərin əsəblərini son həddə qədər gərginləşdirib. Yəni hərbi müdaxilənin ilk həftəsində Ukraynanı tam nəzarətə götürməyi planlaşdıran Rusiya orada bataqlığa düşüb.

Putin də bu uğursuzluqların təsiri altında özünü tarixi şəxsiyyətlərlə eyniləşdirərək xalqa dövlətin və özünün qüdrətini nümayiş etdirməyə çalışır. Ancaq iş burasındadır ki, özünü Pyotrla müqayisə etsə də, Putin başladığı ilk böyük müharibədə uduza-uduza gedir”.

A.Zeynalov

COP29