Özünü dənizə atmaq istəyən şəxs xilas edildi

Sumqayıt şəhəri ərazisində intihar məqsədilə özünü dənizə atan şəxs sudan çıxarılıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıtda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.