Özünü körpüdən atmaq istəyən kişini polis xilas etdi – VİDEO

Ötən gün Xəzər rayonunda özünü körpüdən atmaq istəyən şəxsin həyatı polislər tərəfindən xilas olunub.

Yenicag.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə dünən baş verib. Belə ki, orta yaşlı kişi Binə körpüsünün üstünə çıxaraq özünü atmaq istəyib.

Polis əməkdaşlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb. Sözügedən şəxsin polis şöbəsinə aparıldığı, hazırda araşdırmanın davam etdiyi bildirilib.