Abşeron rayonunun Xırdalan şəhərində 26 yaşlı gənc intihar edib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə “Kristal Abşeron” yaşayış kompleksində baş verib.
Belə ki, rayon sakini 1992-ci il təvəllüdlü Nağıyev Tural Ramin oğlu özünün yaşadığı “Kristal Abşeron” yaşayış kompleksinin 8-ci mərtəbəsindən ataraq intihar edib. Gənc hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az