“Özünü müdafiə etmək İsrailin təkcə haqqı deyil, həm də öhdəliyidir”

İsrail Qəzza zolağında yerüstü əməliyyata başlayıb-başlamamağa müstəqil qərar verməlidir. Vaşinqton yalnız məsləhət verə bilər.

Yenicag.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Entoni Blinken bunu NBC telekanalında bildirib.

“Bu, İsrailin özünün verməli olduğu qərardır. Biz yalnız məsləhət verə bilərik”, – deyən Blinken, ABŞ-nin İsraillə mütəmadi olaraq əlaqə saxladığını vurğulayıb. Eyni zamanda, dövlət katibi əlavə edib: “İsrailin özünü müdafiə etmək təkcə haqqı deyil, həm də öhdəliyi olsa da, Qəzzada insanlar humanitar yardım almalı və mülki şəxslər qorunmalıdır”.

COP29