Tanınmış aktrisa Ülviyyə Əliyeva mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarından olan “Gedirəm” mahnısını səsləndirib. Onun ifaçı qısa müddətdə sosial şəbəkələrdə maraqla qarşılanıb.
Maraqlıdır aktrisa səsini biznesə çevirməyi düşünürmü?
Yenicag.az-a açıqlama verən aktrisa müğənniliyə hobbi kimi yanaşdığını bildirib:
“Mən Mədəniyyət və İncəsənət Universitetinin musiqi teatr fakültəsini bitirmişəm və özüm də operetta aktrisasıyam. Çalışdığım Akademik Musiqili Teatrda səsimdən yetərincə istifadə edirəm. Tamaşalar oynayıram, orkestrlə ifalarım olur. Amma oxumaq mənim üçün bir hobbidir və özümü burada da sınadım. İctimai Televiziyanın efirində mərhum Xalq artisti İlhamə Quliyevaya həsr olunmuş verilişdə sənətkarın “Gedirəm” mahnısını oxudum və deyilənlərə görə, yaxşı alınıb.
Qaldı ki bu, mənim ilk ifam deyil, dəfələrlə öz səhifəmdə də paylaşmılar etmişəm. Tamaşaçılar bəyənir, deyirlər, davamı gəlsin. Amma səsimi biznesə çevirməyi düşünməmişəm. Amma yaxşı təkliflər gəlsə, niyə də yox…”
Cəvahir