Özünü yandıran 75 yaşlı qadın – Xəstəxanada öldü

asdaswfHacıqabulda intihara cəhd edən qadın dünyasını dəyişib.

Rayon sakini, 1941-ci il təvəllüdlü B. İbrahimov küçəsi, ev 1/6 ünvanında yaşayan Kərimova Püstə Xələf qızı özünü yandırmaqla intihar etməyə cəhd edib. O, bədənin 90%-nin termik yanığı, yanıq şoku ilə adonal vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Eyni zamanda həkimlər xəstənin sol döş qəfəsi nahiyəsində kəsilmiş-deşilmiş yara da aşkar ediblər.

Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik müəyyən edilməyib.

Faktla bağlı Hacıqabul prokroluğunda araşdırma aparılır.