Özünüzü hər zaman yorğun hiss edirsiniz? – Bu da çarəsi – Yenicag.Az

Reklam

Reklam

Fiziki cəhətdən özünüzü tez-tez yorğun hiss edir və ya əzələ ağrılarından şikayətlənirsinizsə, bu xəbər sizin üçündür.

Yenicag.az xəbər verir ki, müasir dünyada xroniki yorğunluq insanların tez-tez rastlaşdığı problemlərdən birinə çevrilib. Həkimlər orqanizmdə daimi yorğunluğun depressiya, həddən artıq tərləmə, əzələ və sümük ağrılarına səbəb olduğunu bildirirlər.

Onların sözlərinə görə, bu problem birbaşa bədəndə D vitaminin azlığından qaynaqlanır. Buna görə də, gün ərzində günəşdən gizlənməmək və fasilələrlə ən azı 20 dəqiqə günəş şüası qəbul etmək vacibdir. Həkimlər D vitamini əksikliyinin xərçəng, diabet, infeksiya, yüksək təzyiq kimi problemlərə səbəb olduğunu vurğulayırlar.

Əgər günəşin altına çıxmaq istəmirsinizsə, bir neçə qidanı davamlı qəbul etməklə bədəndə D vitamininin səviyyəsini tənzimləyə bilərsiniz:

1. Balıq yağı, balıq
2. Yumurta sarısı
3. Pendir
4. Kərə yağı
5. Qaraciyər

Qeyd edək ki, D vitamini təbii halda qidaların tərkibində çox az miqdardadır. Əgər bu vitaminin olmamasından əziyyət çəkirsinizsə, həkim məsləhəti ilə D vitamini həbləri qəbul edə bilərsiniz.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2163
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."