Pakistan Abidəsi Azərbaycan bayrağı ilə işıqlandırıldı – FOTO

Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi (Pakistan Monument) 27 Sentyabr – Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Respublikasının Pakistandakı Səfirliyindən bildirilib.

İşıqlandırma prosesində Azərbaycanın dövlət bayrağı təsvir olunub.