Pakistan ABŞ-ı hədələdi: “Bütün variantlar masadadır”

Pakistanın xarici işlər və eyni zamanda müdafiə naziri Xürrəm Dastaqir Xan Pakistanı “boz siyahı”ya salan ABŞ-ı hədələyib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, pakistanlı nazir yaşanan gərginliyə baxmayaraq ABŞ-la bütün məlumat və rabitə kanallarını açıq saxladıqlarını bildirib. O qeyd edib ki, sonuncu baş verən hadisə isə səbir kasalarını doldurub və hazırda bütün variantlar müzakirə olunur. “Boz siyahı”ya  salınmağın Pakistan iqtisadiyyatına zərər vurduğunu deyən nazir növbəti addımın “qara siyahı” olduğunu yaxşı anladıqlarını bildirib.

Qeyd edək ki, ABŞ Pakistanı terrorizmə maliyyə dəstəyi verməklə günahlandırıb və buna görə də ölkənin adını “boz siyahı”ya salıb.

COP29