!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistan Azərbaycana təşəkkür etdi

!Reklam – Yazi

Pakistanın ölkəmizdəki səfiri Bilal Haye İslam Respublikasındakı təbii fəlakətlə əlaqədar göstərəcəyi yardıma görə Azərbaycana təşəkkür edib.

Yenicag.az xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında yazıb.

“Qardaş Azərbaycanın xeyirxah jesti yüksək qiymətləndirilir. Bu çətin zamanda Pakistan xalqının yanında olduğunuz üçün təşəkkür edirik”, – səfir yazıb.

Qeyd edək ki, Azərbaycan Pakistana 2 milyon dollar məbləğində yardım edəcək. Prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv