Pakistan Baş naziri Azərbaycana yola düşür

Pakistan Baş naziri Şahbaz Şərif bu gün Azərbaycana səfərə yola düşür.

Yenicag.az xəbər verir ki, o, bu barədə Twitterdə bildirib.

“Bu səfər hökumətimizin ikitərəfli əməkdaşlığı gücləndirmək və “qazan-qazan” tərəfdaşlığı qurmaq siyasətinin bir hissəsidir. Preferensial Ticarət Sazişinin (PTA) tez yekunlaşdırılmasını sürətləndirməkdən əlavə, mən Azərbaycan rəhbərliyi ilə enerji, bank, maliyyə xidmətləri və İT sektorlarında əməkdaşlıq imkanlarının genişlənməsi üçün mühüm danışıqlar aparacağam.

Mükəmməl ikitərəfli siyasi əlaqələrimizi möhkəm ticarət və investisiya münasibətlərinə çevirmək bizim üçün əsas məqsəddir”, – Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, Pakistanın enerji təhlükəsizliyini təmin etmək hökumətin siyasətində əsasdır.

COP29