Pakistan HHQ-nin nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir – FOTO

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı, aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.