Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Pakistan Hindistanın iki təyyarəsini vurdu

Pakistan ordusu Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarəni vurduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrindən məlumat verilib.

“Bu gün səhər Hindistan aviasiyası iki ölkəni ayıran sərhədi pozub. Pakistan aviasiyası ölkənin hava məkanını pozan iki hind təyyarəsini vurub. Təyyarələrdən biri Azad Kəşmir ərazisinə, digəri isə ümumi nəzarət məntəqəsi rayonuna düşüb”, – Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəhbəri general-mayor Asif Qafur deyib.

Onun sözlərinə görə, hind pilotlardan biri saxlanılıb.

Hadisə ilə bağlı Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Kəşmirdə hind təyyarələrinin vurulması özünümüdafiə xarakteri daşıyır.

Bu gün Pakistan Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin Kəşmir nəzarət xəttini keçərək Hindistanın Cammu-Kəşmir bölgəsinə girdiyi və Hindistan təyyarələrinin də buna qarşılıq verdiyi bildirilimişdi.

Baş verənlərlə bağlı bölgədə olan 4 hava limanı bağlanıb. Hindistanın “Eyrlayn Vistara” aviaşirkəti ölkənin şimalına həyata keçirdiyi bütün uçuşları dayandırdığını bəyan edib.

Hindistan mətbuatı isə Pakistan Hərbi Hava Qüvvələrinə məxsus 1 təyyarənin vurulduğunu bildirib./Axar/

www.yenicag.az

5860