!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistanda 21 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb

!Reklam – Yazi

ickiPakistan İslam Respublikasında 21 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Məlumata görə, hadisə ölkə paytaxtı İslamabaddan 330 km. aralıda yerləşən Toba-Tek-Sinkh şəhərində Milad bayramı qeyd edilərkən baş verib.

Ölənlərin çoxu şəhərdən kənar ərazidə yaşayan xristianlardır. Zəhərlənməyə səbəb olan içkini həmin ərazidə yaşayan yerli sakinlər Milad bayramı üçün hazırlayıb.

Qeyd edək ki, bu ilin oktyabrında Pakistanda ziyafətdə spirtli içki qəbul edən 11 nəfər zəhərlənərək ölüb. 2014-cü ildə isə 29 nəfər tərkibində metanol olan içkinin qurbanı olub.

Yeniçağ.Az

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv