Pakistan ordusundan Azərbaycana mənəvi dəstək

10404070_10153699801582663_8261668462500722236_nCəbhə bölgəsində vəziyyət gərginləşdiyi gündən Azərbaycanı dəstəkləyən və ordusu ilə bu kömək edə biləcəyini bəyan edən Pakistan ölkəmizə mənəvi dəstək göstərib.

“Qafqazinfo” xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin “Facebook” səhifəsində Azərbaycan bayrağının rəsmi paylaşılıb və həmin foto səhifənin örtük şəkili kimi yerləşdirilib. Paylaşılan foto belə təqdim olunub: “Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir, Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur”.

Bundan sonra minlərlə azərbaycanlı feysbuk istifadəçisi səhifəyə, Pakistan Müdafiə Nazirliyinə təşəkkür yazıb.