!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistan terrorunun təfərrüatı – Yaralılardan 56-sı uşaqdı…

!Reklam – Yazi

4214596sdfMartın 27-də Pakistanın Lahor şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.

Terror aktı nəticəsində 300-dən çox insan yaralanıb.

Yerli hakimiyyət orqanlarından verilən məlumata görə, ölənlərdən 23 nəfəri uşaqlardır. Bundan əlavə, yaralılar arasında 56 uşaq var. Hakimiyyət insanları qan verməyə çağırıb və qəbul məntəqələrinə ödənişsiz çatdırılmaları üçün nəqliyyat təşkil edib.

İstintaqın ilkin nəticəsinə əsasən, terroçu maskimal dərəcədə ziyan verə bilmək üçün özünü uşaq atraksionları və kassalar arasında partladıb. Mütəxəssislərin sözlərinə görə, partlayıcı qurğunun gücü 8-10 kiloqram trotilə bərabər olub. Bombanın dağıdıcı elementləri qismində metal kürəciklərdən istifadə olunub.

Hadisə yerində ehtimal edilən terrorçunun şəxsiyyət vəsiqəsi tapılıb. O, 28 yaşlı Pakistan sakinidir. Polis artıq terror aktı ilə əlaqəli olan 15 nəfər şübhəlini saxlayıb. Onlar arasında 2 nəfər ehtimal edilən terrorçunun qardaşlarıdır.

Pəncab əyalətinin hakimiyyəti 3 günlük matəm elan edib. Pakistanın Baş naziri Navaz Şarif güc strukturları ilə ölkədəki vəziyyəti müzakirə etmək üçün Böyük Britaniyaya olan səfərini təxirə salıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış anında parkda çox sayda uşaqlı ailələr olub. İnsanların bu qədər çox olmasına səbəb xristianların Paska bayramı ilə əlaqədardır.(Aznews)

www.yenicag.az

637
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv