!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistan XİN-dən cəbhədəki son vəziyyətlə bağlı BƏYANAT

!Reklam – Yazi

Pakistan Dağlıq Qarabağ bölgəsindəki təhlükəsizlik vəziyyətinin pisləşməsindən çox narahatdır.

Yenicag.az xəbər verir ki, bu sözlər Pakistanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilir:

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin dinc əhalisini intensiv atəşə tutması qınaq hissi doğurur və acınacaqlıdır. Bu hərəkətlər bütün bölgənin sülh və təhlükəsizliyini təhlükə altına ala bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün döyüş əməliyyatlarına son qoymalıdır”.

Bəyanatda vurğulanır ki, Pakistan qardaş Azərbaycan xalqını və onun özünümüdafiə hüququnu dəstəkləyir:

“Biz Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamələrə cavab verən mövqeyini dəstəkləyirik”.

www.yenicag.az

738
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv