Pakistan yağışa təslim oldu: Ölənlər və yaralananlar var

Pakistanın Xayber Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 37 nəfər yaralanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə əyalətdə təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə idarə məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, ölənlərin arasında üç qadın və 14 uşaq da var, 27 uşaq isə xəsarət alıb