Pakistana 300 milyon dollarlıq yardımdan imtina etdi – ABŞ

Amerika Birləşmiş Ştatları Pakistana ayrılmalı olan 300 milyon dollarlıq yardımdan tamamilə imtina edib.

Yenicag.az xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Koun Folkner “Reuters”ə deyib.

Söhbət ilkin olaraq anti-terror əməliyyatları öncəsi Pakistana yardım üçün nəzərdə tutulan vəsaitlərdən gedir. Lakin bu, ABŞ prezidenti Donald Trampın Cənub-Şərqi Asiya ilə bağlı yeni strategiyasının elan olunmasından sonra dondurulub.

“Pakistanın Cənub-Şərqi Asiyada strategiyaya dəstək göstərilməsi ilə bağlı qətiyyətsiz fəaliyyəti sayəsində yerdə qalan 300 mln. dollar yenidən bölüşdürülüb”, – deyə Folkner bildirib.

O izah edib ki, bu vəsaitlər Konqress tərəfindən təsdiq olunarsa, digər “vacib prioritet məsələlərə” sərf olunacaq.

COP29