!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistanda ağır terror hadisəsi baş verdi – 65 ölü, 300 yaralı – Yenilənir – 3

!Reklam – Yazi

pakistanPakistanın Lahor şəhərində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

Partlayış nəticəsində 300-ə yaxın insan yaralanıb.

Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.

***

20:13

Pakistanın şimal-qərbindəki Lahor şəhərində partlayış nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Partlayış nəticəsində 200-dən çox insan yaralanıb.

Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

***

19:33

Pakistanın şimal-qərbindəki Lahor şəhərində partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

Partlayış nəticəsində 100 nəfərə yaxın şəxs yaralanıb. Partlayış Gülşən-İqbal parkı yaxınlığında baş verib. İlkin məlumatlara əsasən partlayışı terrorçu-kamikadze törədib. Yaralıların əksəriyyəti qadın və uşaqlardır.

***

saat 18:53

Bu gün Pakistanın şimal-şərqində yerləşən Lahor şəhərində partlayış baş verib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində Ən azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Partlayış şəhər parklarının birində baş verib. /APA

 

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv