Pakistanın Kohat şəhərində sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, qəza nəticəsində azı 14 nəfər həlak olub, 30-dan artıq insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanlar arasında 2 uşaq olub.
Qəza sürət həddinin aşılması səbəbindən baş verib. Belə ki, sərnişin avtobusu neft daşıyan yük maşını ilə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi aşıb.
Faktla bağlı araşdırma aparılır.