Pakistanda atışma – 14 nəfər öldü

Pakistanın şimal-qərbində yerləşən Hayber-Pahtunhva əyalətində iki qəbilə arasında atışma baş verib.

Yenicag.az xəbər verir ki, Mullazai kəndində Marvat və Betani qəbilələri arasında yaranan qarşıdurma nəticəsində azı 14 nəfər ölüb.

Hazırda polis hadisəni araşdırır və atışma iştirakçılarını axtarır.