Pakistanda dəhşətli partlayış: ölənlər və yaralananlar var

Pakistanın Quetta şəhərində partlayış olub, azı 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şəhər bazarında baş verib.

Polis hadisə yerini mühasirəyə alıb, yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Partlayışın səbəbi araşdırılır.