Pakistanın Bəlucistan əyalətində 5,7 bal gücündə zəlzələ baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Kvetta şəhərindən 102 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb, 200 -dən çox adam yaralanıb.
Hökumət binaları da daxil olmaqla 100-dən çox ev uçub, bir çoxuna ziyan dəyib.